İdman · Offsideplus.az

Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi xalça üzərinə çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi xalça üzərinə çıxdı xəbəri üçün şəkil
Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi xalça üzərinə çıxdı

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlubiyyətlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Ruzanna Məmmədova (59 kq) 1/8 finalda çinli Mengyu Xieyə uduzaraq medal şansını itirib.

Rəşid Babazadə (65 kq) 1/16 finalda Tayırbek Jumaşbek Uuluya (Qırğızıstan), Maqomedxan Maqomedov (97 kq) isə 1/4 finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova yenilib.

Rəqibləri finala yüksələcəyi təqdirdə idmançılarımız təsəlliverici görüşlərə qatılacaqlar.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) ilə Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑