İdman · Offsideplus.az

Brunu Fernandeş Roma üzərində qələbənin əhəmiyyətindən danışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Brunu Fernandeş Roma üzərində qələbənin əhəmiyyətindən danışıb xəbəri üçün şəkil
Brunu Fernandeş "Roma" üzərində qələbənin əhəmiyyətindən danışıb

"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş Çempionlar Liqasında "Roma"ya qarşı 3:2 hesablı qələbənin vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Fernandeş bu nəticə ilə komandanın 9 oyunluq qələbəsiz seriyasına son qoyduqlarını bildirib. "Heç kimin işini xilas etməyə ehtiyacımız yoxdur. Bu qələbə klub üçün vacib idi. Oyunçular üçün də, məşqçilər üçün də bu nəticə gərəkli idi. Çətin vəziyyətdən çıxmaq üçün birlikdə çox çalışırıq. Asan olmadı. Mətbuatda çoxlu şayiələr yayıldı. Klubda baş verənlərlə bağlı, xüsusilə mənim və baş məşqçi ilə guya aramızda olan söhbət barədə çox yalan danışıldı. Belə bir şey olmayıb", – deyə Fernandeş qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑