Bu gün Azərbaycan Basketbol Liqasında V turun oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, turun açılış günündə tək qarşılaşma baş tutub.
Bakı İdman Sarayında keçirilən matçda “Naxçıvan” və “Ordu” kollektivləri üz-üzə gəliblər.
Gərgin keçən görüş ikincilərin 84:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Naxçıvan" cari mövsümdə ilk yenilgisini alıb, "Ordu" isə ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.





