Dünya · News24.az

Zelenskiyə oyuncaq təyyarə hədiyyə etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskiyə oyuncaq təyyarə hədiyyə etdi xəbəri üçün şəkil

F-16 qırıcı təyyarələrinin istehsalçısı Ukrayna lideri Volodimir Zelenskiyə oyuncaq təyyarə hədiyyə edib.

News24.az xəbər verir ki, Zelenski ABŞ-nin müdafiə şirkəti “Lockheed Martin”in komandası ilə görüşünü əks etdirən videonu teleqramda paylaşıb.

Zelenskinin sözlərinə görə, şirkət Kiyevi təkcə F-16-larla deyil, həm də “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edir.

“Şirkət hazırda ballistik raketləri zərərsizləşdirən vasitələrin istehsalını artırır. Ümid edirik ki, onlardan bir qismini ala biləcəyik. Həmçinin, F-16-ların texniki xidmət və təmirinin Ukraynada həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik”, - deyə Zelenski bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑