Dünya · Azxeber.com

ABŞ bu ölkənin 5 şirkətinə sanksiya tətbiq etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ bu ölkənin 5 şirkətinə sanksiya tətbiq etdi xəbəri üçün şəkil
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Şirkətlər 2022-ci ildə qəbul edilmiş ABŞ intellektual mülkiyyətinin müdafiəsi haqqında qanun çərçivəsində sanksiya siyahısına daxil edilib.
Siyahıya "MiraclePlus” kimi də tanınan "Qiji Chuangtan Beijing Investment Management” investisiya şirkəti, onunla əlaqəli üç struktur, həmçinin "Shanghai Zhisuan Technology” daxil edilib. Onların siyahıya salınmasının konkret əsasları isə açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin saytında ABŞ Prezidenti Donald Trampın Qrem qanununda nəzərdə tutulmuş Rusiyaya qarşı sanksiyaları tətbiq etməkdən imtina etdiyini əks etdirən fərman dərc olunmuşdu.
Öz növbəsində ABŞ-nin energetika naziri Kris Rayt Vaşinqtonun Rusiya neftinə qarşı tətbiq edilən sanksiyalardan heç birini yumşaltmadığını bəyan edib. Nazirin sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya nefti ilə bağlı "sıfır sanksiyanı yumşaldıb”.   ///qafqazinfo/
 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑