Dünya · News24.az

"Survivor"-un iştirakçısı Gürcüstanda saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Survivor"-un iştirakçısı Gürcüstanda saxlanıldı xəbəri üçün şəkil

"Survivor" yarışması ilə məşhurlaşan peşəkar atlet və idman məşqçisi Hikmet Tuğsuz Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Türkiyəyə ekstradisiya edilib.

News24.az xəbər verir ki, Tuğsuz barəsində ümumilikdə 8 ayrı cinayət işi üzrə axtarış və həbs qərarı olub.

O, İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışa verilib.

Ona qarşı “şəxsi məlumatları qanunsuz yolla əldə etmə və ya yayma”, “qəsdən bədən xəsarəti yetirmə”, “xəfif bədən xəsarəti yetirmə”, “böhtan atma”, “dələduzluq” və “prezidenti təhqir etmə” maddələri ilə ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Hikmet Tuğsuzun adı daha əvvəl Antalyada təxminən 45 milyon lirə dəyərində olan bir villanın şübhəli satışı ilə bağlı açılan cinayət işində, eləcə də 2023-cü ildə baş verən fiziki zorakılıq və yaralama faktı üzrə aparılan araşdırmalarda da hallanmışdı.

Gürcüstanda saxlanılan Tuğsuz Türkiyəyə təhvil verilib və barəsində hüquqi prosedurların icrasına başlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑