Dünya · News24.az

“Starlink”-lə bağlı qərar Ukrayna ordusunun əməliyyatlarına mane oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Starlink”-lə bağlı qərar Ukrayna ordusunun əməliyyatlarına mane oldu xəbəri üçün şəkil

“SpaceX” Ukrayna hərbçiləri üçün Starlink-in sürətinə məhdudiyyət tətbiq edib.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Beskrestnov iddia edib.

Onun sözlərinə görə, məhdudiyyət “StarShield” xidmətinin “hərbi paketi”nə şamil olunur və sürət saatda 100 mil ilə məhdudlaşdırılıb.

“Bizim müdafiə qüvvələrimiz bu məhdudiyyət barədə əvvəlcədən məlumatlandırılmayıb”, — deyə Beskrestnov bildirib.

Onun sözlərinə görə, bu addım Ukrayna bölmələrinin bəzi əməliyyatlarının pozulmasına səbəb olub.

Beskrestnov hesab edir ki, bu qərar təsadüfi deyil və mövcud siyasi vəziyyətlə əlaqəli ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑