Hadisə · News24.az

Siyəzəndə məktəbli motosiklet qəzasında öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Siyəzəndə məktəbli motosiklet qəzasında öldü xəbəri üçün şəkil

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.

News24.az xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib.

Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan məktəbli hadisə yerində ölüb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə dərs saatlarında baş verməyib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır./APA/

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑