"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
News24.az xəbər verir ki, müntəzəm mövsümün III turunda Fransanın "Nanter 92" kollektivini qəbul edən Azərbaycan təmsilçisi 87:80 hesablı qələbə qazanıb.
Qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.
Xatırladaq ki, Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.


