Hadisə · News24.az

Qurban Bayramov vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qurban Bayramov vəfat etdi xəbəri üçün şəkil

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Fərman oğlu Bayramov dünyasını dəyişib.

News24.az Unikal-a istinadla xəbər verir ki, Azərbaycan Yazıçlar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar Şurasının və Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü, Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov bu gün səhər saatlarında vəfat edib.

1946-cı ilin 30 mayında Ağdam rayonunun Əlimədətli kəndində dünyaya gələn Qurban Bayramov uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı olub.

O, ümumilikdə 500-dən çox elmi və publisistik məqalənin müəllifidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑