Hadisə · Modern.az

Rusiya onlarla azərbaycanlını deportasiya etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya onlarla azərbaycanlını deportasiya etdi
Rusiya onlarla azərbaycanlını deportasiya etdi

Rusiya aralarında azərbaycanlılar da olmaqla, 373 nəfəri deportasiya edib.

Modern.az-ın xəbərinə görə, 2026-cı ilin yayında Rusiyanın Rostov vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin əməkdaşları 373 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədən çıxarılması ilə bağlı qərarları icra ediblər.

Deportasiya edilənlər arasında sayca ən çox Özbəkistan (142 nəfər) və Tacikistan (79 nəfər) vətəndaşları olub. Bu iki ölkənin vətəndaşları ümumi sayın 40 faizindən çoxunu təşkil edib.

Siyahıda Türkmənistan vətəndaşları 45 nəfərlə, Azərbaycan vətəndaşları isə 41 nəfərlə növbəti yerlərdə qərarlaşıb. Ermənistan və Qırğızıstanın hər birindən 14 nəfər deportasiya edilib.

Həmçinin Hindistan, Gürcüstan, Çin, Kamerun, Misir, Nigeriya, Vyetnam, Latviya, Əfqanıstan, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Kuba və Anqola vətəndaşları da ölkədən çıxarılıb.

Məlumata görə, 2026-cı ilin ilk doqquz ayında Rusiyadan ümumilikdə 63,5 min əcnəbi deportasiya edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Bununla yanaşı, Rostov vilayətində xarici işçi qüvvəsinin qanuni cəlbi azalmır. 2026-cı ilin doqquz ayında əcnəbi işçilərin cəlb edilməsi üçün rəsmiləşdirilən icazələrin və iş icazələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.

 

İlyas Turan

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑