Dünya · News24.az

Qırğızıstanda sabiq prezidentin oğlu həbs edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qırğızıstanda sabiq prezidentin oğlu həbs edildi xəbəri üçün şəkil

Qırğızıstan sosial-demokratlarının lideri, keçmiş prezident Almazbek Atambayevin oğlu Kadır Atambayev hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, bu barədə “AKİpress” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, sabiq prezident Qırğızıstan Cinayət Məcəlləsinin 326-cı maddəsi üzrə təqsirli bilinib.

İş üzrə digər təqsirləndirilən şəxs, daha bir partiya lideri Temirlan Sultanbekov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun əmlakının da müsadirə olunmasına qərar verib.

Şübhəlilər arasında Sultanbekovun sürücüsü Ermek Ermatov və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Damir Musakeyev də var.

Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər parlament seçkilərindən sonra kütləvi iğtişaşlar təşkil etməyə hazırlaşıblar.

İstintaqın məlumatına əsasən, qrupa siyasətçilər, keçmiş deputatlar, dövlət aparatının və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları da daxil olub. Onların tərəfdar topladığı, o cümlədən mütəşəkkil cinayət qruplarının və idman icmalarının nümayəndələrini cəlb etdiyi bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑