Rusiyanın Rostov-na-Donu şəhərində dron hücumundan sonra zərər dəymiş küçələrdə fövqəladə vəziyyət elan olunub.
News24.az xəbər verir ki, şəhərin meri Aleksandr Skryabin bu barədə “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində zərər çəkən ərazilərdə vəziyyət qiymətləndiriləcək, zərərçəkənlərdən maddi yardım üçün müraciətlər qəbul ediləcək. Kommunal xidmətlərə isə ərazilərin təmizlənməsi tapşırılıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın məlumatına görə, hücum nəticəsində şəhərdə bir neçə çoxmərtəbəli və fərdi evə ziyan dəyib. Batayskda yeni tikilən bina, Azovda isə iki gəmi zərər görüb.
Hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaşayış binalarının və dəmir yolu körpüsünün də zədələndiyi bildirilib.




