Oktyabrın 29-u saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
***
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində 10 şagirdin zəhərlənməsi araşdırılır.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisə nəzarətə götürülüb.
***
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
News24.az xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib./Report/




