Dünya · News24.az

“Baniyas qəssabı” 13 ildən sonra saxlanıldı: Yüzlərlə mülki şəxsin qətlində şübhəli bilinir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Baniyas qəssabı” 13 ildən sonra saxlanıldı: Yüzlərlə mülki şəxsin qətlində şübhəli bilinir xəbəri üçün şəkil

Suriyada 2013-cü ildə mülki əhaliyə qarşı törədilən qırğınların əsas təşkilatçılarından biri olmaqda şübhəli bilinən Əli Kayali saxlanılıb.

News24.az xəbər verir ki, Mixraç Ural adı ilə də tanınan şəxs Suriya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində tutulub. O, sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.

Məlumata görə, Kayali 2013-cü ilin mayında Baniyas şəhərində və Əl-Bayda kəndində törədilən qırğınlarda iştirak etməkdə şübhəli bilinir. Onun rəhbərlik etdiyi silahlı qruplaşmanın yüzlərlə mülki şəxsi, o cümlədən qadın və uşaqları məhkəməsiz edam etdiyi, insanları güllələdiyi və diri-diri yandırdığı iddia olunur.

Kayali, həmçinin Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində onlarla insanın ölümü ilə nəticələnən ikili terror hücumunda iştirak etməkdə ittiham edilib.

Suriya İnsan Hüquqları Şəbəkəsinin direktoru Fadel Əbdül Qani bildirib ki, şübhəlinin uzun illərdən sonra saxlanılması qurbanların ailələri üçün ədalətin bərpasına ümid yaradır.

Hazırda Suriya hakimiyyəti hadisə ilə bağlı istintaqı davam etdirir. Açıq məhkəmə prosesinin keçirilməsi üçün materialların hazırlandığı bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑