Dünya · News24.az

3 azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən yaşlı kişi saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
3 azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən yaşlı kişi saxlanıldı xəbəri üçün şəkil

Rusiyanın Novosibirsk vilayətində 73 yaşlı kişi azyaşlılara qarşı cinayət törətməkdə şübhəli bilinir.

News24.az xəbər verir ki, bu barədə vilayətin Daxili İşlər Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, şübhəlinin qurbanları 9 və 10 yaşlı üç qız olub.

Hadisə barədə polisə uşaqların valideynləri məlumat veriblər.

Onlar uşaq meydançalarından birinin yaxınlığında azyaşlıların gözü qarşısında nalayiq hərəkətlər edən naməlum şəxsi görüblər.

Faktla bağlı cinayət işi açılıb. Şübhəli saxlanılıb. Onun Koçenevo rayonunun 73 yaşlı sakini olduğu müəyyən edilib.

Məlumata görə, kişi törətdiyi əməlləri etiraf edib.

Hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑