Dünya · News24.az

Ər-Riyad hava limanında güclü partlayış oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ər-Riyad hava limanında güclü partlayış oldu xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanı paytaxtında, Ər-Riyad hava limanında güclü partlayış səsi eşidilib.

News24.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı paytaxtının hava limanı daha əvvəl – sentyabrın 8-də hücuma məruz qalmışdı. Həmin vaxt husilərin “Ənsar Allah” hərəkatı ballistik raket zərbəsi endirmişdi. Nəticədə dövlətə məxsus “Saudia” aviaşirkətinin pilotu ölümcül xəsarət almış, bir təyyarəyə isə ziyan dəymişdi. Bundan əvvəl isə hava limanı PUA-ların hədəfi olmuşdu.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑