Ölkə · Modern.az

Xəstəxana əməkdaşı 125 min manat mənimsəməkdə ittiham olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəstəxana əməkdaşı 125 min manat mənimsəməkdə ittiham olunur
Xəstəxana əməkdaşı 125 min manat mənimsəməkdə ittiham olunur

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı külli miqdarda mənimsəmədə ittiham edilir.

Modern.az APA-ya istinadla xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.

İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑