Ölkə · Banker.az

TƏBİB-dən yoxlama: İri tibb müəssisələrində ciddi nöqsanlar aşkarlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
TƏBİB-dən yoxlama: İri tibb müəssisələrində ciddi nöqsanlar aşkarlandı xəbəri üçün şəkil

Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar təxminən 15 gün davam edib.

Qanun pozuntuları Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, həmin xəstəxananın nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, həmçinin Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aşkarlanıb.

Məlumata görə, sözügedən tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Onlardan bəzilərinin tutduqları vəzifələrdən azad olunacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑