Dünya · Modern.az

Tramp Putinə siyahı göndərdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Putinə siyahı göndərdi
Tramp Putinə siyahı göndərdi

ABŞ Energetika Nazirliyi Rusiyadan dizel yanacağı idxalında maraqlı olan şirkətlərin siyahısını Rusiya tərəfinə təqdim edib. Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskva ilə Vaşinqton arasında dizel yanacağının tədarükü ilə bağlı aparılan danışıqları şərh edərkən bildirib.

“Komersant” nəşrinin məlumatına görə, tərəflər artıq yanacağın tədarükü üzrə kommersiya şərtlərini və müqavilələri müzakirə edirlər.

“Amerikalı həmkarlarımızla çox intensiv iş aparılır”, – deyə Novak “Vesti” proqramına müsahibəsində bildirib.

Baş nazirin müavini Rusiyanın dünyanın ən böyük dizel yanacağı tədarükçülərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəllər Rusiya məhsullarının payına dünya bazarının təxminən 10 faizi düşürdü.

Novak daha əvvəl bildirmişdi ki, Rusiya 2026-cı ilin sonunadək dizel yanacağı ixracını ayda 3–3,5 milyon tona çatdıra bilər. Bu isə ölkənin dünya bazarındakı payının 10 faizi ötürməsinə imkan verəcək.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑