ABŞ Prezidenti Donald Tramp İsrail xalqına müraciət edib.
Modern.az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşım edərək Baş nazir Benyamin Netanyahunun yenidən seçilməsinə açıq dəstəyini vurğulayıb.
ABŞ lideri Netanyahunu “böyük döyüşçü Baş nazir” və “sülh naminə mühüm tərəfdaş” adlandırıb:
“Netanyahu İranla mübarizədə böyük döyüşçü Baş nazir, sülh naminə isə daha da böyük tərəfdaş olub. İranın 51 ildir səsləndirdiyi “İsrailə ölüm, Amerikaya ölüm! kiçik və böyük şeytanları məhv edəcəyik!” şüarını nəzərə alsaq, belə sözlərin səsləndirilməsinə imkan verilən hansı ölkə sağ qala bilər?
İranın bu qorxunc təhdidini həyata keçirməsi yalnız zaman məsələsi olardı. Lakin İran həm hərbi, həm də maliyyə baxımından sistemli şəkildə məhv edilib. Əgər öz yolunu tezliklə dəyişməzsə, işimizi yaxın zamanda başa çatdıracağıq.
Əgər İsrailin yanlış lideri olarsa, (Netanyahu istisna olmaqla) Amerika bu işi özü görməli olacaq. Mən isə bunu buna həvəsim yoxdur.
O, hətta İsrailin özündən gələnlər də daxil olmaqla, böyük müqavimət qarşısında güclü, cəsarətli və parlaq lider olduğunu sübut edib. Bütün bunlara baxmayaraq, o, tab gətirib, hətta daha da güclənib!
Mən onun ən çətin dövrlərdə necə davrandığını izləmişəm. Belə vəziyyətlərdə adi kişi və ya qadın təzyiq altında sınardı. Amma o sınmadı, əksinə, daha da gücləndi və bu gün də eyni gücünü qoruyur.
Amerika Birləşmiş Ştatlarının İsraildən gözlədiyi tərəfdaş məhz belə olmalıdır. ABŞ İsrail üçün çox iş görüb.
Netanyahu heç vaxt məyus etməyəcək!”
Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.





