Dünya · Modern.az

Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasını təklif etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasını təklif etdi
Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasını təklif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda qoşulmasını təklif edib.

Modern.az xəbər verir ki, Tokayev bu təkliflə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində çıxış edib.

Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın niyyətinə müsbət yanaşmağın və ona bu formata qoşulmağı, yaxud TDT-nin fəaliyyətində müşahidəçi qismində iştirak etməyi təklif etməyin düzgün və ədalətli qərar olacağını bildirib.

Tokayev Rusiyanın böyük dövlət olduğunu və əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxladığını vurğulayıb.

“Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb. Hazırda Rusiya Qazaxıstanın da dəstəklədiyi “Altay – türk sivilizasiyasının beşiyi” layihəsini irəli aparır. Rus dilində türk mənşəli xeyli söz var. Ümumilikdə, Rusiyanın türk dövlətlərinin, yəni bizim təşkilatımızın bir hissəsinə çevrilməsi bütün dövlətlərimizə fayda gətirərdi”, – deyə Qazaxıstan Prezidenti qeyd edib.

Xatırladaq ki, hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvləridir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑