Dünya · Modern.az

Pezeşkian Moskvada ABŞ müharibəsindən danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian Moskvada ABŞ müharibəsindən danışdı
Pezeşkian Moskvada ABŞ müharibəsindən danışdı

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin ölkəsinə qarşı həyata keçirdiyi tədbirlərin dünya iqtisadiyyatına təhlükə yaratdığını, qlobal enerji bazarlarında qeyri-sabitliyi artırdığını və qiymət şoklarına səbəb olduğunu bildirib.

Modern.az xəbər verir ki, Pezeşkian bu barədə Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Zirvə toplantısında çıxışı zamanı danışıb.

İran Prezidentinin sözlərinə görə, Vaşinqtonun Tehrana qarşı siyasəti enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına maneələr yaradır.

O iddia edib ki, ABŞ-nin addımları təkcə İranın enerji ixracına deyil, həm də qlobal iqtisadi artıma mənfi təsir göstərir.

Pezeşkian İranın dəniz və hava blokadasını “iqtisadi terrorizm” və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

İran lideri vurğulayıb ki, bu cür məhdudiyyətlər beynəlxalq enerji bazarlarında sabitliyi pozur və qiymətlərin kəskin dəyişməsi riskini artırır.

Pezeşkianın fikrincə, enerji resurslarının sərbəst ticarətinə maneələrin yaradılması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə dünya iqtisadiyyatının maraqlarına ziddir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑