Ölkə · Modern.az

Paşinyan Pezeşkianla ikitərəfli münasibətləri müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan Pezeşkianla ikitərəfli münasibətləri müzakirə edib
Paşinyan Pezeşkianla ikitərəfli münasibətləri müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian İrəvanda görüş keçiriblər.

Modern.az xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.

Görüş İrəvanda COP17 liderləri sammiti çərçivəsində baş tutub. Ermənistan baş nazirinin aparatı danışıqların təfərrüatlarını açıqlamır.

İran liderinin mətbuat xidməti isə öz növbəsində bildirib ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, bu, Paşinyan və Pezeşkianın son iki həftə ərzində artıq ikinci görüşüdür.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑