Ölkə · Modern.az

Görüş baş tutmayıb - BQXK AÇIQLAMA VERDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Görüş baş tutmayıb - BQXK AÇIQLAMA VERDİ
Görüş baş tutmayıb - BQXK AÇIQLAMA VERDİ

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayevə baş çəkməyib.

Modern.az xəbər verir ki, bu barədə komitənin Ermənistan nümayəndəliyinin sözçüsü Zara Amatuni məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparılır.

Qeyd edək ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑