İsraildə parlament seçkilərində bülletenlərin 76,8 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun bloku Knessetdə 54 mandat qazanır.
Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsasən, “Yaşar” partiyasından Qadi Eyzenkotun rəhbərlik etdiyi blok 47 mandat əldə edir.
Ərəb partiyaları — Birləşmiş Siyahı və RAAM isə ümumilikdə 19 mandat qazanır.
Bir neçə partiya hələlik 3,25 faizlik seçki baryerini keçə bilmir. “Ehtiyatda olanlar” partiyası 2,6 faiz, “İsrail xalqı” 1,7 faiz, “Haredim” isə 0,2 faiz səs toplayıb.

10:00
İsraildə keçirilən parlament seçkilərində səslərin 37,4 faizinin hesablanmasından sonra Benyamin Netanyahunun “Likud” partiyası liderlik edir.
Modern.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Netanyahunun bloku Knessetdə 57, müxalifət bloku 47, ərəb partiyaları isə 16 mandat qazanır.
Netanyahunun koalisiyasına 120 yerlik parlamentdə çoxluğu təmin etmək üçün daha 4 mandat lazımdır.
Bu bölgü yekun nəticələrdə də qorunarsa, hökumətin formalaşdırılması üçün digər partiyalar və ya deputatlarla razılaşma zərurəti yaranacaq.





