Dünya · Axar.az

İspaniyada iki qatar toqquşdu: ölənlərin sayı artdı - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada iki qatar toqquşdu: ölənlərin sayı artdı - Video xəbəri üçün şəkil

13:25

İspaniyanın Kastiliya-La-Mança muxtar vilayətinin mərkəzi Toledoda Urda stansiyası yaxınlığında iki qatar toqquşub, ən azı 10 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya bildirib.

Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub. "Renfe" şirkəti hazırda Madrid, Syudad-Real və Andalusiya arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.

Bildirilib ki, xəsarət alanların sayı çoxdur.

***

İspaniyada qatarların toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub, 150 nəfər isə yaralanıb.

Bu barədə "Telegraf" agentliyi məlumat yayıb.

Bildirilib ki, ən azı 4 vaqon aşıb.

***

Qatarların toqquşması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

179-dan çox insanın isə xəsarət aldığı bildirilib.

Qeyd olunub ki, qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑