Ölkə · Modern.az

Naxçıvanın Bakıdakı yeni nümayəndəsi kimdir? - DOSYE

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Naxçıvanın Bakıdakı yeni nümayəndəsi kimdir? - DOSYE
Naxçıvanın Bakıdakı yeni nümayəndəsi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Abbas Zaman oğlu Muxtar-zadə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub.

Modern.az yeni nümayəndənin dosyesini təqdim edir:

Abbas Muxtar-zadə 26 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini tamamladıqdan sonra, 2007–2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə ali təhsil alıb. Ali məktəbi bitirdikdən dərhal sonra, 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Nümayəndəlikdəki 10 illik karyera pilləsi

A. Muxtar-zadənin əmək fəaliyyəti uzun illərdir ki, məhz rəhbər təyin olunduğu qurumla bağlıdır. O, 2016-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb. O, 2019-cu ildə nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi vəzifəsinə yüksəlib.

Yeni sərəncamla o, təxminən 10 ildir çalışdığı bu dövlət strukturunun rəhbəri statusunu qazanıb.

Abbas Muxtar-zadə həmçinin aktiv siyasi fəaliyyətlə məşğuldur və Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 

Ailəlidir, bir övladı var.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑