Moskva hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən 100-dən çox aviareys təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Moskva aviasiya qovşağının hava limanlarında gediş və gəliş üzrə ümumilikdə 103 reys ləngiyir", - deyə nazirliyin rəsmi açıqlamasında bildirilir.
Hazırda bütün hava limanları uçuşları müvafiq qurumlarla razılaşdırılmış şəkildə qəbul edir və yola salır.





