Londondan Polşaya uçan sərnişin təyyarəsi təcili eniş etməyə məcbur olub.
Modern.az xəbər verir ki, məlumatı Britaniya mediası yayıb.
Polşa Hava Yollarına məxsus və göyərtəsində 181 nəfər olan təyyarənin enməsi planlaşdırılan hava limanı əvvəlcə Varşava Şopin Hava Limanı olub.
Lakin, göyərtədə bomba olması ilə bağlı məlumat alındıqdan sonra uçuşun istiqaməti Varşava Modlin Hava Limanına dəyişdirilib.
Təyyarə eniş edib və təhlükəsizlik mütəxəssisləri hazırda təyyarədə yoxlama aparır.
Sözügedən hava limanı növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb.


