Rusiya “3+3” regional məsləhətləşmə formatının növbəti görüşünün yaxın vaxtlarda keçirilməsinə ümid edir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransının yüksək səviyyəli plenar iclasında çıxışı zamanı bildirib.
“Bu platformanın iştirakçıları birləşdirici gündəliyi təşviq etmək barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək”, – deyə Lavrov qeyd edib.
Xatırladaq ki, “3+3” formatına Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, İran və Türkiyə daxildir.
Qeyd edək ki, Sergey Lavrov daha əvvəl Rusiyanın “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşünün Azərbaycanda, daha sonra isə Ermənistanda keçirilməsini düzgün hesab etdiyini açıqlamışdı.



