Dünya · Modern.az

Kabel şəbəkələri, süni intellekt infrastrukturu məhv ediləcək - Rezai

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kabel şəbəkələri, süni intellekt infrastrukturu məhv ediləcək - Rezai
Kabel şəbəkələri, süni intellekt infrastrukturu məhv ediləcək - Rezai

Müharibənin taleyini müəyyən edəcək yeganə güc İran xalqıdır.

Modern.az xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib.

O, bölgədəki müharibənin dağıdıcı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. Rezainin sözlərinə görə, yeni toqquşma baş verəcəyi təqdirdə, dəyəri 2 trilyon dollardan çox olan kabel şəbəkələri, məlumat mərkəzləri, süni intellekt infrastrukturları və bir çox digər obyektlər məhv olacaq.

O, düşmənə qarşı daha ağır və genişmiqyaslı planla hərəkət edəcəklərini bildirib.

Çıxışı zamanı ABŞ dövlət katibinin son açıqlamalarına da münasibət bildirən Milli Təhlükəsizlik Şurasının baş katibi Rezai qeyd edib ki, min illər ərzində daha qüdrətli güclər belə İranı işğal etmək arzusunda olublar.

Rezai müxtəlif güclərin İranı öz hökmranlığı altına almaq və İran xalqını yer üzündən silmək həvəsinə düşdüyünü, lakin onların hamısının diz çökdürülərək geri çəkilməyə məcbur edildiyini söyləyib.

O, çıxışını bu sözlərlə yekunlaşdırıb:

“İranı narahat etdikcə daha da dərin bataqlığa düşürsünüz. Siz bizə tarixdən danışdınız, lakin bizim tariximizdə sizin üçün çox böyük dərslər var. İran xalqı qarşısında bir daha diz çökməli olacaqsınız və günün sonunda yalnız bu xalqın daha da ucalmasına xidmət etmiş olacaqsınız.”

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑