Ölkə · Modern.az

İpoteka krediti qaydaları dəyişdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İpoteka krediti qaydaları dəyişdi
İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində qüvvədə olan müqavilə üzrə kirayəçi olan şəxslər əsas borcalan qismində Fondun vəsaiti hesabına ipoteka kreditindən faydalana bilməyəcəklər.

Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı “SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək. Vətəndaşlar müraciətlərini biometrik identifikasiya vasitəsilə təsdiqləyə biləcəklər.

Fondun məlumatına görə, yenilik müraciət prosesində sui-istifadə hallarının, kənar müdaxilələrin və xüsusi proqram təminatlarından istifadənin qarşısını almağa yönəlib. Müraciətlə bağlı təlimat “MyGov” portalının müvafiq bölməsində yerləşdirilib.

Qeyd edək ki, indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Kreditlərdən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.

Əlavə suallarla bağlı Fondun 1549 Çağrı Mərkəzinə müraciət etmək olar.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑