"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununa çıxıb.
Modern.az xəbər verir ki, “sarı-göylər” Yunanıstan təmsilçisi "Kolossos" ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında təşkil edilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 80:62
Xatırladaq ki, "Gəncə" ilk matçda səfərdə Türkiyənin "Esenler Erokspor" komandasına da məğlub olub - 63:92.





