Aktual · Modern.az

Gürcüstana qanunsuz mal keçirilməsinin qarşısı alındı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstana qanunsuz mal keçirilməsinin qarşısı alındı
Gürcüstana qanunsuz mal keçirilməsinin qarşısı alındı

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən miqdarda yük aşkar edilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət edən iki “MAN” markalı yük nəqliyyat vasitəsi sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkar edilib.

Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

 

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑