Dünya · Modern.az

Fransada etirazlar nəticəsiz qalmadı - Makron təslim oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etirazlar nəticəsiz qalmadı - Makron təslim oldu
Fransada etirazlar nəticəsiz qalmadı - Makron təslim oldu

Fransa hökuməti ölkə üzrə təhsil şəraitinin pis olmasına qarşı gənclərin kütləvi etirazlarına cavab olaraq  bir sıra tədbirlər müəyyənləşdirib.

Modern.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Sebastyan Lekornyu “X” sosial şəbəkəsində paylaşım edib.

Baş nazirin sözlərinə görə, hökumət universitet binalarının təmiri üçün 1 milyard avro ayırır. Bundan əlavə, məktəb binalarının təmiri məqsədilə regionlara güzəştli faiz dərəcələri ilə 4 milyard avro kredit veriləcək.

Hökumət 2027-ci ildən başlayaraq təqaüdlərin məbləğini inflyasiyanı nəzərə almaqla tənzimləməyi də öhdəsinə götürür.

Bununla yanaşı, hakimiyyət 2027 və 2028-ci illərdə ali təhsil sistemində əlavə 15 min yer açmağı vəd edir. Təhsil müəssisələrində daha 500 müəllim ştatı, eləcə də 500 psixoloq, tibb bacısı və sosial işçi vəzifəsi yaradılacaq.

Plan çərçivəsində siniflərdə şagird sayının məhdudlaşdırılması və bir saatlıq nahar fasiləsinin təmin edilməsi də nəzərdə tutulur.

Lekornyunun sözlərinə görə, hökumət təhsil sistemində dəyişikliklər hazırlamaq üçün 3 min liseydən daxil olan müraciətləri nəzərdən keçirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑