Dünya · Modern.az

Ebola daha 3 ölkədə yayıldı - Ölənlərin sayı 5 mini keçdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ebola daha 3 ölkədə yayıldı - Ölənlərin sayı 5 mini keçdi
Ebola daha 3 ölkədə yayıldı - Ölənlərin sayı 5 mini keçdi

Konqo Demokratik Respublikasında Ebola qızdırmasından 5 mindən çox insan həyatını itirib.

Modern.az xəbər verir ki, may ayından etibarən təxminən 10 min nəfər virusa yoluxub. Bu, ölkə tarixində ən böyük, dünya miqyasında isə ikinci ən geniş Ebola epidemiyasıdır.

Yoluxma halları Konqonun 26 əyalətindən 8-də, eləcə də Keniya, Uqanda və Nigeriyada qeydə alınıb. Epidemiyaya nadir rast gəlinən Bundibuqyo virus variantı səbəb olub. Bu virusa qarşı hələlik təsdiqlənmiş peyvənd və spesifik müalicə üsulu yoxdur.

Epidemiya ilə mübarizəni tibb işçilərinə edilən hücumlar çətinləşdirir. Ötən həftə bir tibb bacısı hücum nəticəsində həyatını itirib, digər tibb işçisi isə xəsarət alıb. Hadisəni törədənlər bir qrup gənc olub. Hakimiyyət orqanları bu aqressiyanı infeksiyanın yayılması ilə bağlı dezinformasiya ilə əlaqələndirirlər.

Qeyd edək ki, 2014–2016-cı illərdə Qərbi Afrikada Ebola epidemiyası təxminən 11 min insanın həyatına son qoyub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑