Dünya · Ölkə.az

Yaponiyada ABŞ dəniz piyadası saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiyada ABŞ dəniz piyadası saxlanılıb xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, hadisə ABŞ-nin "Kadena" aviabazası yaxınlığında yerləşən ərazidə baş verib.

Saxlanılan şəxsin ABŞ-nin "Kemp-Hansen" hərbi bazasında xidmət keçən Kalvin Montoya Kardona olduğu qeyd edilib.

Polisin məlumatına görə, hərbçi avtomobili sərxoş vəziyyətdə idarə edib və başqa bir avtomobillə toqquşub, bundan sonra isə hadisə yerindən qaçıb. Daha sonra o geri qayıdıb və polislər yoxlama apararaq onun orqanizmində alkoqolun miqdarının icazə verilən normadan iki dəfədən çox olduğunu müəyyən ediblər.

Hadisə oktyabrın 31-də yerli vaxtla saat 00:25 radələrində, amerikalı hərbçilərə öz bazalarını tərk etməyin qadağan olunduğu vaxtda baş verib.

Bildirilib ki, saxlanılan şəxs avtomobili sərxoş vəziyyətdə sürdüyünü etiraf edib. Polis həmçinin onun yol-nəqliyyat hadisəsi ilə mümkün əlaqəsini də araşdırır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑