Aktual · Modern.az

Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri
Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri

Naxçıvanda dövlət investisiyalarının genişlənməsi həmin vəsaitlərin qanunauyğun, qənaətli, səmərəli və nəticəli istifadəsinə nəzarətin əhəmiyyətini artırır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü iclasında bildirib.

Hafiz İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə yenidən təyin olunması məsələsi ilə bağlı çıxış edən komitə sədri Naxçıvanda iqtisadi fəallığın artırılması, infrastrukturun qurulması və əhalinin rifahının yaxşılaşdırılması üçün genişmiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

“Dövlət investisiyalarının genişlənməsi həmin vəsaitlərin qanunauyğun, qənaətli, səmərəli və nəticəli istifadəsinə nəzarətin aktuallığını da gündəmə gətirir”, – deyə o vurğulayıb.

Azər Əmiraslanov bildirib ki, qanunvericiliyə edilmiş son dəyişikliklərdən sonra Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına dair rəy verilməsi Hesablama Palatasının fəaliyyət istiqamətlərinə daxil edilib. Onun sözlərinə görə, bu, namizədin yeni səlahiyyət müddətində məsuliyyətinin daha da artması deməkdir.

Komitə sədri Hafiz İsmayılbəylinin namizədliyinə müsbət rəy verildiyini bildirib. Yenidən təqdimat onun əvvəlki səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

O qeyd edib ki, Hafiz İsmayılbəyli ali iqtisadi təhsilə və maliyyə-bank sistemində 12 illik əmək stajına malikdir. Namizəd 2014–2019-cu illərdə Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan üzrə qurumlarında çalışıb, 2019-cu il oktyabrın 22-də isə Hesablama Palatasının auditoru təyin edilib. Həmin vaxtdan Palatanın Muxtar Respublika üzrə İdarəsinə də rəhbərlik edib.

Azər Əmiraslanov əlavə edib ki, Hesablama Palatasının institusional potensialının gücləndirilməsi hüquqi dəyişikliklərlə yanaşı, təcrübəli və yüksək ixtisaslı dövlət auditorlarından ibarət heyətin formalaşdırılmasını tələb edir.

Komitə sədri deputatları Hafiz İsmayılbəylinin yenidən təyin olunması barədə qərar layihəsini dəstəkləməyə çağırıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑