Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş Səbuhi Sadıqov uzun illər maliyyə, audit və konsaltinq sahələrində çalışıb.
Modern.az Səbuhi Əhəd oğlu Sadıqovun dosyesini təqdim edir.
Səbuhi Sadıqov 1984-cü ildə anadan olub.
O, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
201
Rusiya Fövqəladə Hallar Nazirliyi humanitar minatəmizləmə sahəsində Azərbaycana zəruri dəstək göstərməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşü zamanı bildirib.
Rusiya FHN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər gələcək əməkdaşlıq məsələlərini, o cümlədən Rusiya mütəxəssislərinin Azərbaycanın təşkil etdiyi müvafiq tədbirlərdə iştirakını müzakirə edib
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlunun Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.
Müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radi
Parlamentin bugünkü plenar iclasında Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 7 nəfər isə səsvermədə bitərəf qalıb. Beləliklə, Səbinə Əliyeva növbəti 7 ildə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini icra etməyə davam edəcək.
Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Şəki rayonunun Şorsu kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Modern.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 5-də saat 10:00-dan işlər başa çatanadək Şorsu kəndinin qaz təchizatı dayandırılacaq.
Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar təxminən 15 gün davam edib. Qanun pozuntuları Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, həmin xəstəxananın nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, həmçinin Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas […]