Ölkə · Modern.az

Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA
Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-ə çatıb.

Bakıda və Abşeron yarımadasında 9 mm-dək yağıntı qeydə alınıb.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Neftçalada 48 mm (aylıq normanın 106 faizi), Biləsuvarda 21 mm (aylıq normanın 46 faizi), Mingəçevirdə 20 mm (aylıq normanın 49 faizi), Lerikdə 15 mm, Lənkəranda 11 mm, Qobustan, Astara və Daşkəsəndə 6 mm, Salyanda 5 mm, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax və İmişlidə 4 mm-dək olub.

Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağıb.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax (Sarıbaş), Şəki, Xızı, Qrız və Göyçayda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑