Hadisə · Modern.az

Biləsuvarda ağır qəza: ölənlər və yaralananlar var - YENİLƏNİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Biləsuvarda ağır qəza: ölənlər və yaralananlar var - YENİLƏNİB
Biləsuvarda ağır qəza: ölənlər və yaralananlar var - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Modern.az xəbər verir ki, "Report"un məlumatına görə, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun Səmədabad kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü T.Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüb. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Modern.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑