Hadisə · Modern.az

Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb.

Modern.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub. Buna səbəb isə gəlinin pəncərəni gec bağlması olub. Gəlininin belə etməsini özünə sığışdırmayan qadın əsəbiləşərək, məlum hadisəni törədib.

Fakt əsasında Z. Tağıyeva saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs dəymiş zərəri ödədiyini və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin qayınanasına qarşı şikayətçi olmdığını deyib.

Məhkəmə cinayət işinə xitam verib və Zəhra Tağıyeva məsuliyyətdən azad olunub.

 

İlyas Turan

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑