Hadisə · Axar.az

Yavər Şıxəliyev vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yavər Şıxəliyev vəfat etdi xəbəri üçün şəkil

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ildə Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib.

Səhiyyə sahəsindəki xidmətlərinə görə 2015-ci ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑