Hadisə · Modern.az

Bakıda 24 yaşlı qadının qətli: Qatil sosial şəbəkədə anons edibmiş... - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda 24 yaşlı qadının qətli: Qatil sosial şəbəkədə anons edibmiş... - FOTO
Bakıda 24 yaşlı qadının qətli: Qatil sosial şəbəkədə anons edibmiş... - FOTO

Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin keçmiş sevgilisi tərəfindən qətlə yetirilməsi ilə bağlı şok təfərrüatlar məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, cinayəti törədən 1986-cı il təvəllüdlü Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.

Şübhəlinin sosial mediadakı paylaşımlarında "Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün mənə məcbur elədin", "Can almasam, can vermərəm...", "Düz sözdü, namusu belə təmizləmək lazımdı" və "Son gün az qalıb, inşallah intiqamımı alacam" kimi ifadələr yer alıb. Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Qeyd edək ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki il əvvəl ailəsindən boşanan Müseyib Əhmədov bir müddət sevgili olduğu Fatimə Rəhmanzadə ilə mübahisə etdikdən sonra ayrılıblar. Dünən axşam saatlarında qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan Müseyib, Fatimənin münasibəti bərpa etmək istəməməsinə qarşı olaraq üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən xəstəxanada dünyasını dəyişib.

1553488155348915534901553491

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma1

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑