Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Peşəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşürbu ürəkağrıdan faciədən zərər çəkən hər kəsə dərin hüznlə səbir diləyirik.", - deyə paylaşımda bildirilib.
Ötən gün Pakistanda məktəb binasının uçması nəticəsində 29 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında 28 uşaq da var.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb
Bu barədə Modern.az-a Baş prokurorluğun mətbut xidmətindən məlumaat verilib.
Bildirilib ki, Sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, Türkiyə Respublikasının vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ k
Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.
Modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədax
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayevə baş çəkməyib.
Modern.az xəbər verir ki, bu barədə komitənin Ermənistan nümayəndəliyinin sözçüsü Zara Amatuni məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparılır.
Qeyd edək ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. F
Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib.
Modern.az xəbər verir ki, təbrik mətnində deyilir:
"Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yar
Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 q
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Modern.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı.
Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixin