Ölkə · Modern.az

Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bir bütövdür - Bağçalı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bir bütövdür - Bağçalı
Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bir bütövdür - Bağçalı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayıb.

Modern.az xəbər verir ki, Bağçalı Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə iki ölkə arasındakı tarixi və mədəni bağlara diqqət çəkib.

O, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı xatırladaraq, bu tarixi günün Azərbaycan xalqının suverenlik və azadlıq iradəsini nümayiş etdirdiyini bildirib.

MHP sədri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi və Azərbaycanın əldə etdiyi Zəfərin ölkənin müstəqilliyinə yeni məna və güc qazandırdığını vurğulayıb.

Bağçalı Türkiyə ilə Azərbaycanın ortaq tarixə, mədəniyyətə və tale birliyinə malik olduğunu qeyd edərək, iki ölkənin “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət etdiyini bildirib.

“Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bir bütövdür. Biz eyni ananın iki oğluyuq. Əzəldən əbədə dinimiz, dilimiz, sevgimiz, yolumuz birdir. Sevgimiz də, mübarizəmiz də birdir”, – deyə o vurğulayıb.

        View this post on Instagram                      

A post shared by Milliyetçi Hareket Partisi (@milliyetcihareketpartisi)

 

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑