Ölkə · Modern.az

Azərbaycanda dövlət qurumlarının saytına giriş DAYANDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda dövlət qurumlarının saytına giriş DAYANDI
Azərbaycanda dövlət qurumlarının saytına giriş DAYANDI

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.

Modern.az xəbər verir ki, istifadəçilər Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Məclis və Nazirlər Kabineti də daxil olmaqla bir sıra dövlət qurumlarının rəsmi internet resurslarına daxil ola bilmirlər.

Saytlara giriş zamanı səhifələrin açılmadığı müşahidə olunur. Bu isə həmin qurumlardan rəsmi məlumat əldə etmək istəyən istifadəçilər üçün çətinlik yaradır.

Hazırda problemin səbəbi, miqyası və nə vaxt aradan qaldırılacağı barədə rəsmi məlumat yoxdur.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi məlum deyil.

 

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑