Aktual · Modern.az

Azərbaycanın NATO ilə tərəfdaşlığı müzakirə edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın NATO ilə tərəfdaşlığı müzakirə edilib
Azərbaycanın NATO ilə tərəfdaşlığı müzakirə edilib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsselə işgüzar səfəri çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin “X” hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan–NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Tərəflər tərəfdaşlığı dərinləşdirmək, siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətlərini bir daha təsdiqləyiblər.

 

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑