Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub.
Modern.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə görüşərək səmimi söhbət edib, onlarla xatirə fotoları çəkdirib.
“YouTube” 21 oktyabrda adi istifadəçilər üçün videolardakı bəyənməmə düyməsini gizlətmədiyini və belə bir sınaq aparmadığını açıqlayıb. Son günlər yayılan görüntülərdə düymənin 3 nöqtəli menyuya köçürüldüyü görünürdü.
Modern.az "Technote" saytına istinadən xəbər verir ki, bu da dəyişikliyin bütün izləyicilərə aid olacağı barədə çaşqınlıq yaratmışdı. Şirkətə görə, yenilik yalnız video müəllifləri öz yüklədikləri məzmuna baxanda görünür.
X və “Reddit” platformalarında yayılan ekran görüntülər
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Modern.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən (AYNA) xəbər verir ki, oktyabrın 23-dən Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Son dövrlər cəmiyyətdə gündəlik həyatdan, şəxsi münasibətlərdən tutmuş sosial problemlərə qədər müxtəlif məsələlərdən şikayət edən insanlara tez-tez rast gəlinir. Hətta həyatında müsbət məqamlar olsa belə, bəziləri diqqətini daha çox çatışmazlıqlara yönəldir, özünü başqaları ilə müqayisə edir və nəticədə narazılıq yaşayır.
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Modern.az-a açıqlamasında bildirib ki, insanların həyata baxışı onların xarakteri, tərbiyəsi, irsi amillər və ətraf mühitlə sıx
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşdə istifadə etdiyi qeydlər fotoqrafların obyektivinə düşüb.
Modern.az xəbər verir ki, yayımlanan kadrlarda Uitkoffun əlində bir neçə bəndin yazıldığı vərəq görünür.
Qeydlərdə “Təşəkkür — Trampın baxışı”, “Dünən avropalılarla görüşdüm”, “İrəliləyiş hiss edirəm. Bu uğuru inkişaf etdirmək lazımdır” və “Biznes razılaşması” ifadələri yer alıb.